Orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə əlavə yerləşdirmə nəticəsində qəbul olunanlar üçün oktyabrın 2-si saat 11:00-dan tam qeydiyyat prosesinə başlanılacaq.
Elm və Təhsil Nazirliyindən NUHÇIXAN-a bildirilib ki, namizədlər https://portal.edu.az/ üzərindən “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalanın qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.
Elektron sistem üzrə qeydiyyat oktyabrın 9-u saat 18:00-da yekunlaşacaq.
Qeydiyyat üçün müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.