Cəlil Məmmədquluzadənin “Hekayələr” kitabı müzakirə olunub

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında Cəlil Məmmədquluzadənin “Hekayələr” kitabı müzakirə olunub. Müzakirədə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında”, eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncamlara uyğun olaraq ölkəmizdə, o cümlədən muxtar respublikada silsilə tədbirlər keçirildiyini vurğulayıb.

Sonra  Jurnalistika və kitabxanaçılıq kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru İman Cəfərov Ali Məclis Sədrinin “Oxunması zəruri olan kitablar”ın siyahısında Mirzə Cəlil hekayələrinin yer almasını ədibin irsinə verilən ən yüksək qiymətin təzahürü kimi dəyərləndirib.

Ədibin ustalıqla yazılan və bir sıra məsələlərdə hələ də aktuallığını itirməyən hekayələri, onların mövzuları və personajları geniş müzakirə olunub. Müzakirələrdə yaxından iştirak edən tələbələr  Mirzə Cəlilin “Anamın kitabı” povestini də bədii təhlil ediblər.

Sonda rektor belə müzakirələrin keçirilməsinin tələbələrin mütaliə vərdişində əhəmiyyətli rol oynadığını diqqətə çatdırıb.

 

Səadət Əliyeva

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: