Naxçıvan televiziyasında media könüllüləri üçün təlim keçirilib - VİDEO

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan televiziyasında media könüllüləri üçün "Rəqəmsallaşma dövründə informasiya təhlükəsizliyi" mövzusunda təlim keçirilib.

Rəqəmsal medianın sürətlə inkişafı informasiya axınının həcmini və sürətini artırmaqla yanaşı, kibertəhlükəsizlik məsələlərini də gündəmə gətirir. Xüsusilə media nümayəndələri və bu sahəyə maraq göstərən gənclər üçün informasiya təhlükəsizliyi, məlumatların qorunması və rəqəmsal savadlılıq artıq zəruri bacarıqlardan biri sayılır.

Bu məqsədlə Medianın İnkişafı Agentliyinin Naxçıvan Regional İdarəsi gənc könüllülər üçün “Mediada kibertəhlükəsizlik – Rəqəmsallaşma dövründə informasiya təhlükəsizliyi” mövzusunda maarifləndirici təlim təşkil edib.

Təlimin əsas məqsədi könüllülərin kibertəhlükələr, informasiya təhlükəsizliyi və rəqəmsal risklərə dair biliklərini artırmaq, onları potensial kiber təhdidlərə qarşı daha hazırlıqlı hala gətirməkdir.

Təlimin mentoru – Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının üzvü, Naxçıvan Dövlət Universitetinin İnformasiya Texnologiyaları şöbəsinin müdiri Hüseyn Əsgərli iştirakçılara internetdə məlumatların qorunması, sosial şəbəkələrdə təhlükəsizlik qaydaları, fişinq hücumları və saxta xəbərlərlə mübarizə, kiber cinayətkarlıq, kiber insidentlər, media müharibəsi və rəqəmsallaşma kimi aktual mövzular haqqında ətraflı məlumat verib.

İnteraktiv şəkildə keçirilən təlim zamanı real nümunələr üzərində müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Nəzrin İsmayılova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: