NUHÇIXAN xəbər verir ki, “Naxçıvan Universitetində” “Maliyyə hesabatlarının beynəlxalq standartlara əsasən hazırlanmasının zəruriliyi və hesabatların hazırlanmasında köməkçi hesabların rolu” mövzusunda elmi-praktik konfrans keçirilib. Qeyd edilib ki, müasir dövrdə bütün sahələrdə olduğu kimi maliyyə sahəsində də hesabatların beynəlxalq standartlara uyğunlaşdırılması ilə bağlı davamlı işlər aparılır. Bu proses indi çox zəruridir.
Konfrans iştirakçıları mütəxəssislərin “Vahid hesablar planında köməkçi hesablar və maya dəyəri hesabları ilə bağlı mübahisə doğuran məqamlar”, “Maliyyə -vergi uçotunun oxşar və fərqləndirici cəhətləri və hesabatların beynəlxalq standartlara uyğun hazırlanmasının uçot üçün əhəmiyyəti”, “Əks-aktiv və ya əks-passiv hesabların uçotda düzgün əks etdirilməsinin zəruriliyi” mövzularında çıxışlarını dinləyiblər.
Sonda mövzular ətrafında müzakirələr keçirilib.
Seyfur Hacımuradov