Kosmik hava proqnozu açıqlanıb

A- A A+

AMEA-nın Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Rəsədxanadan NUHÇIXAN-a bildirilib ki, oktyabrın 13-dən 20-dək C sinif alışmanın baş verməsi ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 40 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5 faiz təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin tac dəliyi axınlarının təsiri ilə yenidən yüksələcəyi, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində olacağı proqnozlaşdırılır.

Günəş küləyinin mənfi qütblü tac dəliyi axınlarının və oktyabrın 1-də baş vermiş tac kütlə atılmalarının (TKA) təsiri ilə normadan yüksək qalacağı gözlənilir.

Avroraların müşahidə olunması ehtimalı isə yüksək qütb dairələrində 10-60 faiz, orta qütb dairələrində isə 45-50 faizdir.

Mənfi qütblü tac dəliyi axınlarının təsiri ilə oktyabrın 14-dək G1 səviyyəli zəif geomaqnit qasırğasının davam edəcəyi gözlənilir. Sonra isə oktyabrın 15-də TKA-nın Yerə çatması ilə geomaqnit sahəsinin yenidən aktivləşməsi ehtimalı var. Həmçinin uzunmüddətli proqnozda 20 oktyabr üçün G1 səviyyəli geomaqnit qasırğası qeyd olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: