Azərbaycan ilə Braziliya arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş təsdiq edilib

A- A A+

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Braziliya Federativ Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Fərman imzalayıb.

NUHÇIXAN xəbər verir ki, Fərmana əsasən, “Azərbaycan Respublikası Hökuməti ilə Braziliya Federativ Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.

Saziş qüvvəyə mindikdən sonra Azərbaycanın Elm və Təhsil Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir. Azərbaycanın Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Braziliya Federativ Respublikası Hökumətinə bildiriş göndərməlidir.

Xatırladaq ki, Saziş bu il sentyabrın 1-də Brazilia şəhərində imzalanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: