NDU-da "Psixoloji xidmət və uşaq inkişaf mərkəzi" yaradılıb - FOTOLAR
Naxçıvan Dövlət Universitetində (NDU) "Psixoloji xidmət və uşaq inkişaf mərkəzi"nin açılışı olub.
NUHÇIXAN xəbər verir ki, açılışı keçirilən Mərkəzin zəngin maddi-texniki baza ilə təchiz olunduğu bildirilib.
NDU-nun rektoru Elbrus İsayev mərasimdəki çıxışında qeyd edib ki, tələbələr Mərkəzdə yaradılan bu imkanlardan yararlanaraq həm tədris prosesində, həm də dərsdənkənar məşğələlərdə müxtəlif simuliyasiyalar təşkil etməklə praktik bacarıqlar əldə edə bilərlər.
Vurğulanıb ki, bu istiqamətdə əldə olunan nəticələr NDU-da psixologiya ixtisasında tədrisin keyfiyyətini yüksəltməklə yanaşı, ölkədə bu sahənin inkişafına da dəstək olacaq.
Daha sonra Mərkəzin yaradılmasının məqsədi və fəaliyyət istiqamətləri, həmçinin "Uşaq inkişaf mərkəzi"nin fəaliyyəti haqqında məlumat verilib.