Ali məktəblərə qəbul olunmaq üçün 5 mindən çox abituriyent ərizəsini təsdiqləyib

A- A A+

Ali təhsilin bakalavr səviyyəsinə və orta ixtisas təhsili pilləsinə (tam orta təhsil bazasından) ərizə qəbulu davam edir.

Dövlət İmtahan Mərkəzindən NUHÇIXAN-a bildirilib ki, martın 16-sı saat 16:10-a olan məlumata görə, I-IV ixtisas qrupları üzrə 3250 nəfər (Azərbaycan bölməsi-2769, rus bölməsi-481) ərizəsini təsdiqləyib.

V qrup üzrə ümumilikdə 1763 nəfər ərizəsini təsdiq edib. Tam orta ixtisas təhsili bazasından kolleclərə qəbul olunmaq üçün müraciət edənlərin ümumi sayı isə 2009 nəfərdir.

Martın 15-dən başlanan sənəd qəbulu aprelin 15-dək davam edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: