Ramiz Mehdiyevin Azərbaycan Milli Elmlər Akademiyasında üzvlüyü məsələsinə baxılır.
NUHÇIXAN xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli jurnalistlərə açıqlamasında deyib.
"Biz də son hadisələrə çox təəssüf edirik. Məsələ məhkəmə qərarından sonra müzakirə olunacaq, ona uyğun qərar veriləcək", - o qeyd edib.