Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının 2-ci nömrəsini çap edib.
DİM-dən NUHÇIXAN-a bildirilib ki, bu nömrədə 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu elanının tam mətni, ixtisaslar üzrə müsabiqə şərtləri, "Abituriyentin elektron ərizəsi" formasının doldurulma qaydası və nümunəsi, "Şəxsi kabinet"in yaradılması və istifadə qaydası, ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə şərtləri və digər zəruri materiallar dərc edilib.
Jurnalda, həmçinin 2018-ci ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid balları, imtahan fənləri üzrə bəzi test tapşırıqlarının izahı və tövsiyələr, abituriyentlər üçün elmi-metodik məqalə, 2018-ci il oktyabrın 28-də keçirilmiş sınaq imtahanında istifadə edilmiş və yazılı şəkildə cavablandırılması tələb olunan (situasiya, mətn və mənbə əsasında hazırlanan) tapşırıqların qiymətləndirmə meyarları, izahı, elmi-metodik təhlili və statistik göstəriciləri də dərc olunub.
Jurnalı DİM-in Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M və Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28 ünvanlarında yerləşən binalarındakı "Abituriyent" satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.
QEYD: Rus dilində olan “Abituriyent” jurnalının 2 ci nömrəsini martın 18-dən satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.