AMEA Naxçıvan Bölməsində “Elm həftəsi” çərçivəsində Batabat Astrofizika Rəsədxanasının fəaliyyətinə həsr olunan növbəti tədbir keçirilib.
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, tədbirdə rəsədxananın direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Qulu Həziyev qurumun ümumi fəaliyyəti barədə məlumat verib.
Bildirib ki, 15 ildən artıq fəaliyyət dövründə rəsədxana əməkdaşlarının 300-dən çox elmi əsəri ölkəmizdə və xaricdə nəşr olunan nüfuzlu elmi jurnallarda dərc edilib. Tədbirin davamı olaraq iştirakçıların və Naxçıvan Dövlət Universitetinin Fizika fakültəsinin II və IV kurs tələbələrinin Batabat stansiyasına ekskursiyası təşkil edilib. Ekskursiya iştirakçıları Batabat stansiyasının inzibati binası,burada yaradılan iş şəraiti və stansiyasındakı “Seyss-600” teleskopu ilə tanış olublar.
Bununla da Naxçıvan Bölməsində “Elm həftəsi” çərçivəsində təşkil edilən tədbirlərə yekun vurulub.