NDU-da IELTS imtahanı təşkil olunub - FOTOLAR

A- A A+

Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən IELTS Qeydiyyat və İmtahan Mərkəzində kompüter əsaslı akademik IELTS imtahanı təşkil olunub.

Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən NUHÇIXAN-a bildirilib ki, iki gün davam edən imtahanda universitetin müəllimləri, ingilis dilində təhsil alan tələbələr və şagirdlərdən ibarət ümumilikdə 15 nəfər iştirak edib. İmtahanın ilk günü iştirakçıların dinləmə, oxu və yazı bacarıqları, ikinci gün isə danışıq bacarıqları qiymətləndirilib. Bütün mərhələlərdə imtahan suallarının hazırlanması, təşkili və qiymətləndirilməsi Britaniya Şurası tərəfindən həyata keçirilib.

2022-ci ildən fəaliyyət göstərən mərkəz Azərbaycanda ali təhsil müəssisələri arasında ilk dəfə Naxçıvan Dövlət Universitetində yaradılıb. Mərkəzdə indiyədək 350-yə yaxın müəllim, tələbə və şagird beynəlxalq imtahan verib. Nəticədə Mərkəz ingilis dili biliklərinin beynəlxalq meyarlara uyğun qiymətləndirilməsini təmin etməklə yanaşı, iştirakçıları qlobal səviyyədə tanınan sertifikatlarla təmin edir. Həmçinin iştirakçılar 6.5 və ya daha yüksək nəticə əldə etdikdə imtahan üçün ödənilmiş vəsait onlara geri qaytarılır.

Qeyd edək ki, NDU-nun IELTS Qeydiyyat və İmtahan Mərkəzində beynəlxalq imtahanlar tələbata uyğun olaraq üç aydan bir keçirilir. Növbəti IELTS imtahanı gələn ilin yanvar ayında baş tutacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: