Naxçıvanda uşaq bağçalarında musiqi rəhbəri vəzifəsinə işə qəbul üzrə müsahibə mərhələsinə başlanılıb - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində vakant olan musiqi rəhbəri vəzifəsinə işə qəbul üzrə müsahibə mərhələsinə başlanılıb.

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, 3 gün davam edəcək müsahibə mərhələsində namizədlərə ixtisas, uşaq psixologiyası və pedaqogika, həmçinin təhsil qanunvericiliyi üzrə açıq və praktik suallar verilir, onların musiqi alətində ifa etmək bacarığı da yoxlanılır.

Qeyd edək ki, müsahibədən uğurla keçən namizədlər müvafiq vakant yerlərə yerləşdiriləcəklər. Vakant yer üzrə yerləşdirmə mərhələsində müsahibədə toplanılan bal ardıcıllığına uyğun olaraq yerləşdirmə həyata keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: