Təhsil Tələbə Krediti Fondunun fəaliyyətə başladığı gündən (2021-ci il) bu günə qədər quruma 83 min 672 müraciət daxil olub.
NUHÇIXAN xəbər verir ki, həmin müddətdə qeydə alınan müraciətlərdən 67 min 566 müraciət rəsmiləşdirilib.
Rəsmiləşən müraciətlərdən 23 min 467-si sosial, 44 min 99-u isə standart təhsil krediti olub.
