Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunda "Azərbaycanda tibb elminin tarixi" mövzusunda tədqiqat işləri davam etdirilir.
İnstitutdan NUHÇIXAN-a bildirilib ki, tədqiqat işi dövlət arxivlərində, həmçinin Azərbaycanın tibb sahəsində müstəsna xidmətləri olmuş alim və həkimlərin şəxsi arxiv materialları üzərində aparılır. Tezliklə ərsəyə gələcək bu sanballı tədqiqat işində eramızdan əvvəlki dövrlərdən XXI əsrə qədər tibb elminin inkişafına dəyərli töhfələr vermiş Azərbaycan alimlərinin əsərləri də tədqiqata cəlb olunub.
Bununla yanaşı, Elm Tarixi İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru Məryəm Seyidbəylinin “Azərbaycanda tibb elminin korifeyləri” kitabı da nəşr ediləcək.