Naxçıvanda təhsil müəssisələrində vakant olan psixoloq vəzifəsi üçün müsabiqə keçirilib - FOTOLAR

A- A A+

Noyabrın 13-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrində vakant olan psixoloq vəzifələrinə işə qəbul müsabiqəsi üçün test imtahanı keçirilib.

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, test imtahanında 2025-ci il 10-31 oktyabr tarixləri arasında elan olunan sənəd qəbulunda iştirak edən 23 namizəd iştirak edib.

Test imtahanında hər bir namizədə vəzifə proqramına aid 25, informasiya və kommunikasiya texnologiyalarına, məntiqi təfəkkürün və dünyagörüşünün yoxlanılmasına aid isə hər birindən 5 olmaqla, ümumilikdə 40 test tapşırığı təqdim edilib.

Qeyd edək ki, imtahanın nəticələri ilə bağlı məlumat imtahan bitdikdən sonra dərhal yoxlanılaraq namizədə təqdim olunub. Test suallarının 60 faiz və daha çoxunu düzgün cavablandırmış namizədlər müsahibə mərhələsində iştirak hüququ qazanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: