Dünya Robot Olimpiadasında iştirak edən Naxçıvan məktəbliləri 56 ölkə arasında 6-cı yerdə qərarlaşıb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, 27-29 noyabr 2025-ci il tarixlərində Sinqapurda keçirilən Dünya Robot Olimpiadasında (WRO) Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən STEAM Təlim-Tədris Mərkəzinin şagirdləri uğurlu nəticəyə imza atıblar.
Şagirdlər 110 ölkənin 24000-dən çox komandası arasından seçilərək "Robosports" kateqoriyasında 56 ölkə arasında finala yüksəlib. Final yarışlarının nəticəsində öz qruplarını lider olaraq tamamlayaraq yekunda dünya üzrə 6-cı pillədə yer alıblar.
Qeyd edək ki, komandanın üzvləri Tayfun İmanlı, Amin Əlizadə və Murad Kərimovdur.