Emin Əmrullayev Gürcüstanda səfərdədir

A- A A+

Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev Gürcüstana səfər edib.

NUHÇIXAN xəbər verir ki, səfər çərçivəsində nazirin ölkənin təhsil, elm və gənclər naziri Givi Mikanadze və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.

Gürcüstan Təhsil və Elm Nazirliyinin sözçüsü Mariam Adeişvili bildirib ki, görüşdə iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, birgə layihələr və gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunacaq.

E.Əmrullayevin Gürcüstana səfəri dekabrın 5-də başa çatacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: