Son beş ildə xaricdə elmi məqaləsi olmayan şəxs özünü alim adlandırmamalıdır. Fikrimcə, məqaləsi, istinadı olmayan adamın özünə alim deməsi düzgün deyil.
NUHÇIXAN xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Doktorantların və Gənc Tədqiqatçıların XXVIII Respublika Elmi Konfransında (NASCO XXVIII) deyib.
Nazir bildirib ki, alim adını qorumaq üçün yalançı alimlərdən qorunmaq lazımdır: “Elm adamlarının hər biri kimin necə alim olduğunu bilir. Alimlərin bir-birinə münasibəti dürüst deyilsə, o halda öz nüfuzlarını da qorumurlar. Layiq olmayan insanlara layiq olmadığı adları verməyin sonu yaxşı deyil. Son illər işlər görülür, amma inzibati qaydada tənzimləmək çətindir”.
