Yaxın Şərqin ən məşhur jurnalı- “Molla Nəsrəddin”

A- A A+

Cəlil Məmmədquluzadənin Ev Muzeyində “Molla Nəsrəddin” jurnalının nəşrə başlamasının 112 illiyi qeyd edilib.

NUHÇIXAN xəbər verir ki, tədbirdə muxtar respublikanın ziyalıları və elm adamları iştirak edib.  Bildirilib ki, böyük ədib Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin” jurnalının nəşrinə başlamaqla Azərbaycanda satirik jurnalistikanın əsasını qoyub. Mütərəqqi ideyaların carçısı olan Mirzə Cəlil jurnalda  demokratik və azadlıq ideyalarını geniş təbliğ etməklə yanaşı,  ana dilinin saflığı uğrunda ardıcıl mübarizə aparıb. Jurnal yalnız  Azərbaycanın deyil, eləcə də Yaxın Şərq ölkələrinin ictimai və ədəbi-bədii fikir tarixində müstəsna əhəmiyyətə malik olub.

Naxçıvan Qızlar Liseyinin şagirdləri Cəlil Məmmədquluzadənin “Lisan  bəlası”, “Ana dili” əsərlərindən bir parçanı səsləndiriblər.

“Molla Nəsrəddin” jurnalının 112-ci ildönümünə həsr olunmuş  sərgiyə baxış olub.

                                                                              Kəmalə Əliyeva

NTV xəbər

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: