“Tibb işçilərinin masaüstü kitabı”nın təqdimatı olub - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublika Xəstəxanasında “Tibb işçilərinin masaüstü kitabı”nın təqdimatı keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavini Samrat Gəncəyeva “Tibb işçilərinin masaüstü kitabı” haqqında məlumat verib.
Sonra Naxçıvan Muxtar Respublika Xəstəxanasının baş həkimi Zəbur Bağırov, Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin dekanı Elsevər Əsədov, Naxçıvan Tibb Kollecinin direktoru Sona Məmmədova, Naxçıvan Muxtar Respublika Xəstəxanası Ümumi cərrahiyyə şöbəsinin müdiri Məhərrəm Tarverdiyev kitabın əhəmiyyətindən danışıblar.
Kitabın həmmüəllifi, Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim-cərrahı, tibb üzrə fəlsəfə doktoru Etibar Bababəyli qeyd edib ki, akademik Zərifə xanım Əliyevanın 95 illik yubileyinə həsr edilmiş “Tibb işçilərinin masaüstü kitabı” 18 fəsildən, 528 səhifədən ibarətdir. Dərslikdə rəngli şəkillər və cədvəllərə geniş yer verilib. Tibbi deontologiya bölməsində filosofların, təbiblərin, din və dövlət xadimlərinin, dahi mütəfəkkirlərin, şair və yazıçıların deontologiyaya dair dəyərli fikirləri, məsləhətləri öz əksini tapıb.
Turab Hacızadə