NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Texniki Kollecində “Mən də proqramçı olmaq istəyirəm” adlı proqramlaşdırma təlimi keçirilib.
Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanov, Gənclər və İdman Nazirliyinin şöbə müdiri Tahir Məmmədli və "Optimal Qrup" MMC-nin direktoru Murad Rüstəmov təlimin keçirilməsində qarşıya qoyulan məqsəddən danışıblar. Qeyd olunub ki, gənclər arasında proqramlaşdırmaya marağın artırılması, bu sahənin təbliği, gənclərin proqramlaşdırma, alqoritmik düşüncə, müxtəlif proqramlaşdırma dilləri arasındakı fərqlərlə tanış olmaları üçün layihə çox vacibdir. Eyni zamanda proqramlaşma üzrə ixtisaslaşmaq istəyən gənclər də təlimdən yararlana bilərlər.
Dərsləri “Optimal Qrup” MMC-nin proqramlaşdırma üzrə müəllimləri Mehdi Məmmədov və İsmayıl Şirzadov tərəfindən aparılıb. 140 gəncin iştirak etdiyi təlimdə müxtəlif slaydlar vasitəsilə “Proqramlaşdırma nədir?”, “Proqramlaşdırma bizə nə üçün lazımdır?”, “Günümüzdə proqramlaşdırma dilinə nə kimi tələblər var?”, “Proqramlaşdırmanı öyrəndikdən sonra nə əldə edəcəksiniz?” kimi mövzular müzakirə edilib.
Sadiq Məmmədov