Dövlət Proqramının 2026/2027-ci tədris ili üzrə əhatə etdiyi universitet və proqramların siyahısı təsdiqlənib

A- A A+

Ölkə Prezidentinin müvafiq Sərəncamına əsasən təsdiq olunmuş "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində 2026/2027-ci tədris ilində dünyanın nüfuzlu universitetlərinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə maliyyələşdiriləcək təhsil proqramlarının siyahısı müəyyən edilib.

Elm və Təhsil Nazirliyindən NUHÇIXAN-a bildirilib ki, təsdiq olunmuş yeni siyahıya əsasən, namizədlərə 15 prioritet ixtisas istiqaməti üzrə dünyanın 33 ölkəsinin 231 nüfuzlu ali məktəbində tədris olunan ümumilikdə 4121 proqram üzrə təhsil almaq imkanı yaradılıb.

Dövlət Proqramı üzrə illik kvota 500 nəfər təşkil edir. Bu kvota çərçivəsində rəqabət mühitinin tənzimlənməsi məqsədilə müraciət sayından asılı olaraq prioritet ixtisas istiqamətləri üzrə keçid balları tətbiq edilə bilər.

Dövlət Proqramının 15 prioritet ixtisas sahəsi ilə yanaşı, mədəniyyət və incəsənət sahəsi üzrə də bu il imkanlar genişləndirilib. Belə ki, ötən illə müqayisədə bu istiqamət üzrə siyahıya daxil edilən nüfuzlu ali təhsil müəssisələrinin sayı artırılıb.

Beynəlxalq reytinq sistemlərində ilk onluqda yer alan ali təhsil müəssisələrinə və doktorantura səviyyəsinə münasibətdə dəyişikliklər mövcuddur. Həmin dəyişikliklərlə tanış olmaq üçün siyahının üzərindəki qeydlərə diqqət etməyinizi xahiş edirik.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: