Aprelin 7-də Bakı, Şirvan şəhərlərində və Naxçıvan Muxtar Respublikasında yerləşən məktəblərdə ümumtəhsil müəssisələrinin məzunları üçün tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən (DİM) NUHÇIXAN-a bildirilib ki, buraxılış imtahanında iştirak edəcək şagirdlər
https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=46 linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər. Şagirdlər iş nömrəsini təhsil aldıqları məktəbdən öyrənə bilərlər.
Buraxılış vərəqəsini çap üçün kompüterə “Adobe Reader” proqramı quraşdırılmalı və brauzerin “Pop-up blocked” sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənəddə şəkli olmayan şagirdlərə buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləmək mümkündür.