AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası aprelin 1-nə olan kosmik hava durumunu açıqlayıb.
Rəsədxanadan NUHÇIXAN-a bildirilib ki, Günəş fəallığı çox aşağı səviyyədə olub. Günəş diskində 2737 (N12E43, Bxo/beta) şəklində nömrələnmiş oblast meydana gəlsə də, fəal deyil. Əldə olunan görüntülərdə Yerə doğru yönələn CME (Coronal Mass Ejections – Tac Kütlə Atılmaları) müşahidə edilməyib.
Geomaqnit sahədə son 24 saat ərzində ümumən sakitlik olsa da, martın 31-də zəif fəallıq qeydə alınıb.
Proqnoz dövründə (1-3 aprel) geomaqnit sahədə ümumi sakitlik proqnozlaşdırılır. Maqnit qasırğasının yaranması ehtimalı 5 faizdən aşağı qiymətləndirilir.