Naxçıvanda məktəblərdə kitabxana müdiri və kitabxanaçı vəzifələrinə işə qəbul imtahanı keçirilib - FOTOLAR

A- A A+

Yanvarın 23-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrində vakant olan kitabxana müdiri və kitabxanaçı vəzifələrinə işə qəbul üçün test imtahanı keçirilib.

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, test imtahanında 74 namizəd iştirak edib.

İmtahanda hər bir namizədə vəzifə proqramına aid 25, informasiya və kommunikasiya texnologiyalarına, məntiqi təfəkkürün və dünyagörüşünün yoxlanılmasına aid isə hər birindən 5 olmaqla, ümumilikdə 40 test tapşırığı təqdim olunub və test suallarının cavablandırılması üçün 80 dəqiqə vaxt ayrılıb.

Şəffaflığın təmin olunması baxımından namizədlərin imtahan nəticələri onların iştirakı ilə yoxlanılıb və imtahan nəticəsi binanı tərk etmədən namizədə elan olunub.

Qeyd edək ki, müsabiqəyə təhsil müəssisələrində vakant olan kitabxana müdiri vəzifəsi üzrə 32, kitabxanaçı vəzifəsi üzrə isə 2 olmaqla ümumilikdə 34 vəzifə çıxarılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: