Naxçıvanda ümumtəhsil müəssisələrinin direktor və direktor müavinləri üçün təlimlərə start verilib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən "Təhsilin inkişafı" işçi qrupunun Tədbirlər Planına uyğun olaraq ümumtəhsil müəssisələrinin direktor və direktor müavinləri üçün “Təhsildə keyfiyyətli idarəetmənin təşkili: məktəbdaxili nəzarət sistemlərinin qurulmasında yeni yanaşmalar” mövzusunda təlimlərə start verilib.

NUHÇIXAN xəbər verir ki, təlimdə Təhsil Nazirliyinin əməkdaşları tərəfindən iştirakçılara slaydlar vasitəsilə “Təhsildə keyfiyyətli idarəetmənin təşkili və strateji idarəetmə yanaşmaları”, “Ümumi təhsildə keyfiyyətin təminatı, daxili nəzarət və monitorinq sisteminin qurulması”, “Dərs cədvəlinin hazırlanmasında normativ tələblər və praktik yanaşmalar” mövzularında ətraflı məlumatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb. 

Qeyd edək ki, 3 gün davam edəcək təlimlərədə muxtar respublikanın ümumtəhsil müəssisələrində fəaliyyət göstərən direktor və direktor müavinlərinin iştirakı nəzərdə tutulub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: