Naxçıvanda şahmat birinciliyi keçirilir - FOTOLAR

A- A A+

Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Şahmat Mərkəzində 8-18 yaşlı şahmatçılar arasında birinciliyə start verilib.

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, ️fevralın 7-dək davam edəcək yarışda 6 fərqli yaş qrupunda 100-ə yaxın oğlan və qız şahmatçı iştirak edir. İsveçrə sistemi üzrə keçirilən birincilikdə ilk 3 yeri tutan şahmatçılar mart ayında təşkil olunacaq 8–18 yaşadək şahmatçılar arasında Azərbaycan çempionatında iştirak hüququ qazanacaqlar.

Qeyd edək ki, bir neçə ildir muxtar respublikada bu yaş kateqoriyası üzrə birincilik keçirilmirdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: