“Gənclərdə büdcə savadlılığı” çərçivəsində növbəti təlim keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında  Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə Naxçıvan Müəllimlər İnstitutunda “Gənclərdə büdcə savadlılığı” çərçivəsində növbəti təlim keçirilib.

130-dan çox tələbənin iştirak etdiyi tədbirdə institutun prorektoru  Azad Novruzov təlimin  əhəmiyyəti barədə məlumat verib.

Sonra çıxışlar edilib, təlim aparılıb.

Təlimin sonuncu mərhələsində tələbələrin bu mövzular ətrafında bilik səviyyələrinin yoxlanılması məqsədilə interaktiv mərhələ keçirilib. Bu mərhələdə 4 komanda iştirak edib. İştirakçılara mərhələnin nəticələrinə müvafiq fərqləndirici sertfikatlar təqdim olunub və ilk dəfə onlara Maliyyə Tədris Mərkəzi tərəfindən keçiriləcək “Kargüzarlıq işinin aparılması” təlimində iştirak etmək hüququnu qazanmış 4 tələbəyə “Hədiyyə sertifikatı” təqdim olunub.

Sonda qalib komandanın hər bir üzvünə “Oxunması zəruri olan kitabların siyahısı”na daxil edilmiş kitablar təqdim edilib.

 

                                               Əbülfəz Dünyamalıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: