NUHÇIXAN xəbər verir ki, aprelin 3-də Naxçıvan Biznes mərkəzində “İqtisadi siyasətə təsir təhlillərinin qiymətləndirilməsi” mövzusunda seminar öz işinə başlayıb.
Seminarda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor Vilayət Vəliyev tədbirin məqsədinin gələcəyin iqtisadçı mütəxəssisləri olacaq tələbələrdə müasir dünya iqtisadiyyatında tətbiq olunan bilik və bacarıqların formalaşdırılmasıdır. Seminardan gözlənilən nəticə ilk olaraq ölkə iqtisadiyyatında sahələrarası əlaqələrin təkmilləşdirilməsi üçün analitik imkanların səfərbər olunması, bu istiqamətdə elmi-tədqiqat işlərinin aparılmasıdır.
Bildirilib ki, “Potensialın artırılması platforması” çərçivəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilən bu seminar Naxçıvan Dövlət Universiteti və “Naxçıvan Universiteti”nin müəllim və tələbələri üçün nəzərdə tutulub.
Qeyd olunub ki, seminar çərçivəsində iştirakçılara həmçinin biznes planların tərtibi, risklərin müəyyən edilməsi, habelə, davamlı inkişaf və yaşıl iqtisadiyyatın formalaşdırılması məsələləri üzrə də çıxışlar təqdim olunacaq. Bütün bu məsələlər də Naxçıvan Muxtar Respublikası iqtisadiyyatı üçün olduqca aktual olan məsələlərdəndir.
Seminarda çıxış edən digər mütəxəssislər diqqətə çatdırıblar ki, ötən il İslam Mədəniyyətinin Paytaxtı və ölkəmizin Gənclər Paytaxtı olan qədim diyarımız Azərbaycan Respublikası Prezidentinin Sədri olduğu “Caspian European Club”un 2017-ci və 2018-ci illər üçün ölkənin iqtisadi regionları üzrə hazırladığı investisiya reytinqində ən yüksək ümumi bal toplayaraq birinci olub. Bu da qədim diyarımızda iqtisadi sahədə əldə olunan uğurların nəticəsidir.
Qeyd edək ki, 3 gün ərzində davam edəcək seminarda müəllim və tələbələrə iqtisadi sahədə baş verən yeniliklər və müəyyən iqtisadi məsələlər barədə dolğun məlumatlar veriləcək.
Turab Hacızadə