Naxçıvanda magistratura səviyyəsinə qəbul imtahanı keçirilib

A- A A+

Bu gün Naxçıvanda Dövlət İmtahan Mərkəzi tərəfindən magistratura səviyyəsinə qəbul imtahanı keçirilib.

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında imtahan iki binada təşkil olunub və ümumilikdə, 542 bakalavr iştirak edib.

İmtahan prosesinə nəzarətin səmərəli təşkili məqsədilə 6 imtahan rəhbəri və 56 nəzarətçi-müəllim ayrılıb.

İmtahan iki mərhələdən ibarətdir. Birinci mərhələ test imtahanı üçün 3 saat vaxt ayrılıb. İkinci mərhələ esse yazısıdır, müddəti isə 30 dəqiqədir.

Qeyd edək ki, imtahan saat 11:00-da başlanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: