2026-2027-ci tədris ilindən etibarən təsnifata yeni əlavə edilmiş proqram təminatı mühəndisliyi ixtisası üzrə kadr hazırlığı həyata keçiriləcək.
Elm və Təhsil Nazirliyindən NUHÇIXAN-a verilən məlumata görə, 2025-2026-cı tədris ilində IT ixtisasları (kompüter elmləri, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kompüter mühəndisliyi, data analitikası) üzrə ali təhsilin bakalavriat səviyyəsində ümumilikdə 5500-dən artıq, magistratura səviyyəsində isə 1700-ə yaxın qəbul yerinin ayrılması planlaşdırılıb.
