NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları ilə birgə Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanının müzakirəsi keçirilib.
Tədris və tərbiyə işləri üzrə prorektoru, Rafiq Rəhimov universitetdə “Oxunması zəruri olan kitabların siyahısı”na daxil edilən kitabların müzakirəsinin keçirilməsinin əhəmiyyətindən danışıb.
Sonra M. S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova universitetdə mövcud olan Jurnalistika və kitabxanaçılıq kafedrasının fəaliyyət göstərməsinin muxtar respublikada kitabxanalara olan kadr ehtiyacının təmin edilməsində əhəmiyyətini vurğulanıb.
Mərkəzi Kitabxananın digər əməkdaşları “M.S. Ordubadinin həyat və yaradıcılığı” və “Qılınc və qələm” romanında tarixi həqiqətlər və Nizami obrazı” mövzusundakı çıxışlarında ədibin həyat və fəaliyyəti haqda ətraflı məlumat veriblər.
Səadət Əliyeva