Tələbələrə Azərbaycan və ingilis dillərində mühazirə oxunub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin İqtisad və Beynəlxalq münasibətlər və xarici dillər fakültələrində İqtisadi islahatlar elmi – tədqiqatlar institutundan dəvət olunan mütəxəssis Gövhər Vəliyeva tərəfindən Azərbaycan və ingilis dillərində mühazirə keçirilib.

2 gün davam edən mühazirənin birinci günü universitetin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin tələbələrinin iştirakı ilə “İqlim dəyişikliyi haqqında məlumat: iqlim dəyişikliyinin əsas konseptləri və həll yolları” mövzusu ingilis dilində keçirilib və mövzu ətrafında müzakirələr aparılıb. Həmçinin həmin gün eyni mövzu İqtisad fakültəsinin birinci kurs tələbələrinin iştirakı ilə Azərbaycan dilində müzakirə olunub.

“Davamlı inkişaf məqsədləri haqqında ümumi anlayış” mövzusundan bəhs olunan mühazirənin ikinci günü universitetin İqtisad fakültəsinin ikinci kurs tələbələri iştirak edib. Vurğulanıb ki, Dayanıqlı İnkişaf Məqsədləri təsdiq edir ki, yoxsulluğun aradan qaldırılması iqtisadi artımın təmin edilməsinə yönələn strategiyalarla əlaqəli şəkildə həyata keçirilməlidir.

 

Badəm Məmmədova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: