Naxçıvanda icma əsaslı qruplara 366 uşaq cəlb olunub

A- A A+

Muxtar Respublikada məktəbəqədər təhsil pilləsi üzrə 20 təhsil müəssisəsi fəaliyyət göstərir ki,  hazırda bu müəssisələrdə 198 qrup üzrə 3461 uşaq təhsil alır.

NUHÇIXAN xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində 2025-ci ildə görülmüş işlərin nəticələri, 2026-ci ildə qarşıda duran vəzifələrlə bağlı keçirilən kollegiya iclasında məlumat verilib. 

Bildirilib ki, 2025-ci il üzrə aparılan sorğulara əsasən 1749 uşaq qəbul edilib. Bununla yanaşı, 740 uşaq gözləmə siyahısındadır.
Mövcud statistikaya görə, məktəbəqədər təhsil müəssisələrində 163 vakansiya mövcuddur.

Eyni zamanda, 13 ümumi təhsil müəssisəsində fəaliyyət göstərən 25 icma əsaslı məktəbəqədər təhsil qrupuna ümumilikdə 366 uşaq cəlb olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: