Ötən il Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən həyata keçirilən məşğulluq tədbirləri nəticəsində 374 nəfər işlə təmin olunub.
Bu barədə NUHÇIXAN-a Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, nazirliyin aparatına və tabeliyində olan qurumlara 225 nəfər müsabiqə yolu ilə, 149 nəfər isə Məşğulluq Xidmətinin göndərişi əsasında işə qəbul edilib. İşlə təmin olunanlardan 12-si dövlət qulluğuna, 9-u direktor və müdir, 132-si müəllim, 9-u tərbiyəçi-müəllim, 6-sı peşə təhsili üzrə ixtisas fənn müəllimi və istehsalat təlim ustası, 44-ü tədris-köməkçi heyət, 13-ü musiqi rəhbəri vəzifələrinə, 149-u isə texniki heyət vəzifələrinə təyin olunub.
