Naxçıvanda sertifikatlaşdırmanın ikinci dövriyyəsində 3 min müəllim iştirak edəcək

A- A A+

Təhsilverənlərin sertifikatlaşdırma prosesindən azad olunanlar sırasında hamilə qadınlar, uşağının 3 yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət başa çatdıqdan sonra 1 ildən az müddətdə müvafiq vəzifədə çalışan qadınlar (uşağını təkbaşına böyüdən şəxslər) yer alır. Dövlət ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyət göstərən və 2021-ci ildə sertifikatlaşdırmadan uğur qazanan,

2021–2022-ci illərdə sertifikatlaşdırmadan uğur qazana bilməyən müəllimlər isə bu dövriyyədə iştirak edəcəklər.

NUHÇIXAN xəbər verir ki, bu sözləri təhsilverənlərin sertifikatlaşdırma prosesinin ikinci dövriyyəsi ilə bağlı media nümayəndələri üçün brifinqndə çıxışı zamanı Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov deyib.

Nazir qeyd edib ki, ümumilikdə Naxçıvanda sertifikatlaşdırmanın ikinci dövriyyəsində 3 minə yaxın təhsilverən iştirak edəcək. Sertifikatlaşdırma müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, bilik və bacarıqlarının qiymətləndirilməsi, eləcə də təhsilin keyfiyyətinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: