Naxçıvanda 2021-ci ildə sertifikatlaşdırmadan keçən hərbi rəhbərlər ikinci dövriyyəyə cəlb olunur

A- A A+

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Çağrı Mərkəzinə və rəsmi sosial şəbəkə ünvanlarına muxtar respublikanın ümumtəhsil müəssisələrində çalışan  hərbi rəhbərlərin ikinci dövriyyə sertifikatlaşdırma prosesinə cəlbi ilə bağlı müraciətlər daxil olub.  

Nazirlikdən NUHÇIXAN-a verilən məlumata görə, daxil olan müraciətlərə cavab olaraq bildirilir ki,  2021-ci ildə sertifikatlaşdırma prosesinə cəlb olunmuş Çağrışaqədərki hazırlıq fənni üzrə tədris aparan təhsilverənlər də 2026-cı ilin aprel-may aylarında sertifikatlaşdırma prosesinə cəlb olunacaqlar. Həmçinin pedaqoji ixtisası olan və hər hansı fənn üzrə daimi əmək müqaviləsi əsasında tədris aparan, eyni zamanda hərbi rəhbər vəzifəsi daşıyan təhsilverənlər tədris etdikləri fənlərdən yalnız biri üzrə imtahan verə bilərlər. Pedaqoji təhsili olmayan hərbi rəhbərlər isə yalnız Çağrışaqədərki hazırlıq  fənni üzrə sertifikasiyada iştirak etmək hüququna malikdirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: