Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb

A- A A+

Dövlət İmtahan Mərkəzi (DİM) rezidenturaya qəbul olunmaq üçün baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticələrini elan edib.

DİM-dən NUHÇIXAN-a bildirilib ki, hər bir namizəd mərkəzin internet saytına daxil olaraq imtahanın nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Namizədlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Nəticələrə əsasən, imtahanda iştirakı nəzərdə tutulan 930 namizəddən 21-i imtahana gəlməyib. 450 namizəd birinci mərhələnin müsabiqə şərtini (40 və daha yüksək bal) ödəyərək ikinci mərhələyə buraxılıb.

Ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 89 bal olub.

Qeyd edək ki, rezidenturaya qəbul olunmaq üçün ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı iyulun 14-də keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: