NUHÇIXAN xəbər verir ki, “Naxçıvan” Universitetində İqtisadiyyat və İdarəetmə fakültələrinin əyani şöbəsinin İqtisadiyyat, Turizm və otelçilik, Mühasibat uçotu və audit, Beynəlxalq münasibətlər və Maliyyə ixtisasları üzrə III kurs tələbələrinin 2018-2019-cu tədris ilinin yaz semestrində keçəcəkləri istehsalat təcrübəsinə həsr olunmuş başlanğıc konfransı keçirilib.
Konfransda müvafiq ixtisaslarda istehsalat təcrübəsinin keçirilməsinə dair çıxışları dinlənilib.
Qeyd olunub ki, 95 tələbə Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət komitəsində, Turizm Departamentində, Statistika Komitəsində, Mərkəzi Bankda, Maliyyə Nazirliyində və Naxçıvan Muxtar Respublikası Xarici İşlər İdarəsində 8 həftəlik təcrübə keçəcəklər.
Seyfur Hacımuradov