NUHÇIXAN xəbər verir ki, “Naxçıvan Muxtar Respublikasının Xüsusi mühafizə olunan təbiət əraziləri” kitabı çapdan çıxıb. Nəfis şəkildə tərtib olunan kitabda “Qırmızı kitab”a daxil olan nadir fauna və flora növləri haqqında məlumat verilib.
Bundan başqa, oxucular Ordubad Milli Parkı, Şahbuz Dövlət Təbiət Qoruğu, Zəngəzur Milli Parkı, Ordubad Dövlət Təbiət Yasaqlığı, “Arazboyu” Dövlət Təbiət Yasaqlığı və “Arpaçay” Dövlət Təbiət Yasaqlığı haqqında geniş informasiyalar əldə edə bilərlər. Kitabda, eyni zamanda həmin park, qoruq və yasaqlıqlarda mövcud olan fauna və flora növlərinin maraqlı fotoşəkilləri, eləcə də bu təbiət ərazilərinin yaradılması ilə bağlı fərman və sərəncamların surətləri də yer alıb.
Naxçıvandakı “Əcəmi” nəşriyyatının məhsulu olan kitab geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.