“Heydərbabaya salam” poeması müzakirə olunub - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Sədərək rayon Sədərək kənd 1 nömrəli tam orta məktəbində Məmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması müzakirə edilib.
Şagirdlər əvvəlcə Şəhriyarla anasının dialoqundan ibarət olan kiçik bir səhnəcik nümayiş etdiriblər və elektron lövhədə ustad Şəhriyarın öz səsi ilə “Heydərbabaya salam” poemasından bir parça səsləndirilib. Sonra şairin həyat və yaradıcılığı barədə ətraflı məlumat verilib, şeirləri bədii qiraət olunub.
Tədbir Şəhriyarın məşhur “Azərbaycan” şeirinə bəstələnmiş musiqi ilə başa çatıb.