“İdman və sağlam həyat tərzi” mövzusunda tədbir keçirilib - FOTOLAR

A- A A+

11 mart 2026-cı il tarixdə  Naxçıvan şəhər 10 nömrəli tam orta məktəbdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən  “İdman və sağlam həyat tərzi” mövzusunda tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Fatimə Vəliyeva Naxçıvan şəhərində əhalinin idmanla məşğul olması üçün yaradılmış şərait barədə ətraflı məlumat verib, sağlam həyat tərzinin aşılanması ilə bağlı maariflənmənin vacibliyini vurğulayıb.


Naxçıvan Şəhər İcra Hakimiyətinin əməkdaşı Orxan Məhərəmmov və
və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı Ülvi Əliyev çıxış edərək iştirakçılara zərərli vərdişlərin acı nəticələrindən söz açıblar, onlara sağlam davranışlara sahib olmaq, sağlamlığına məsuliyyətlə yanaşmaq, hər gün fiziki aktivliyə vaxt ayırmaq tövsiyə olunub. 


Təqdimatla çıxış edən Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin baş məsləhətçisi Firuzə Hüseynova məktəblilərin idmanla məşğul olmaları üçün dövlətimiz tərəfindən yaradılan şəraitdən danışaraq bildirib ki, sağlam bədən və zehin sağlam gələcəyin əsasını təşkil edir. Uşaqlar arasında sağlam həyat tərzinin aşılanması və idmanın kütləviliyinin təbliği cəmiyyətin gələcək sağlamlığını təmin etmək üçün vacibdir. Bu məqsədlə uşaqların fiziki aktivliyini artırmaq, düzgün qidalanma və gigiyena vərdişlərini öyrətmək, eləcə də idmanla məşğul olmaq önəmlidir. 
Qeyd edək ki, tədbir diskussiya şəklində davam edib və iştirakçıların sualları cavablandırılıb. 


Sonda mövzu ilə əlaqədar broşürlər paylanılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: