Biz kitabxanamıza kitab hədiyyə edirik... - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunda “Biz kitabxanamıza kitab hədiyyə edirik” adlı yeni layihə icra olunur.

Naxçıvan Müəllimlər İnstitutunun rektoru Elbrus İsayev bildirib ki, bu layihənin ilk təqdimatında Ümumi fənlər kafedrasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Asif Axundov şəxsi nümunə göstərib. O,  öz kitabxanasından institutun kitabxanasına 200-dən artıq qiymətli elmi və tədris ədəbiyyatı hədiyyə edəcək. Bundan başqa Asif Axundov özünün müəllifi olduğu və  institutun profilinə uyğun 5 dərslik, 15-dək dərs və metodik vəsaitlər, habelə digər görkəmli alim-pedaqoqların müəllifliyi ilə 25-dən artıq dərslik, digər elmi və tədris kitablarını da təqdim etmək niyyətindədir.

Rektor bu təşəbbüsə görə alimə təşəkkürünü bildirib və ona hədiyyə təqdim edib.

Asif Axundov institutun kitabxanasına hədiyyə etdiyi kitablar barədə  ətraflı məlumat verib.

Müəllim və tələbələr kitabxanaya hədiyyə olunan  kitablarla tanış olublar.

 

                              Əbülfəz  Dünyamalıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: