Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasının Ekologiya və təbii sərvətlər nazirliyinin Hidrometeorologiya idarəsinin Naxçıvan meteoroloji stansiyasında praktik-dərs olub.
Naxçıvan Dövlət Universitetinin “Təbiətşunaslıq və kənd təsərrüfatı” fakultəsinin coğrafiya ixtisasının I kurs tələbələri burada “meteorologiya və iqlimşunaslıq” dərs proqramına uyğun olaraq yeni quraşdırılan texniki avadanlıqlarla, onların iş prinsipləri ilə tanış olublar.
Hidrometeorologiya idarəsinin baş mütəxəssisi Əli Cahangirov meteroloji məlumatların alınması, hesablanması, hava məlumatı və proqnozların hazırlanması qaydaları ilə tələbələri məlumatlandırıb.
Tələbələr keçirilən məşğələnin elmi və təcrübi biliklərinin artırılmasında xüsusi əhəmiyyətli olduğunu qeyd ediblər. Bu cür dərslər müxtəlif sahələri də əhatə edəcək.