Tələbələr üçün yeni kitab təqdim edilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki,   “Naxçıvan” Universiteti Kitabxanasının Sərgi və konfrans zalında  Elbrus Vəliyevin və Nicat Yaqubovun  “Azərbaycan dilində adların formadüzəldici şəkilçi morfemləri” kitabının  təqdimat mərasimi keçirilib.

Universitetinin  prorektoru Hüseyn Bağırsoylu yeni kitabın əhəmiyyətindən danışıb. Bildirib ki, dərs vəsaitində Azərbaycan dilində formadüzəldən şəkilçi morfemlərin təsnifi, şəkilçi morfemlərin dilin qrammatik quruluşunda tutduğu mövqe, onların yerinə yetirdiyi funksiyalar və bir sıra məsələlər araşdırılıb.

Filologiya üzrə fəlsəfə doktoru, dosent  Arifə Zeynalovanın, filologiya üzrə fəlsəfə doktoru, dosent  Qalibə Hacıyevanın, universitetin “Azərbaycan dili və ədəbiyyat” müəllimliyi ixtisasının tələbələri  Röya Quliyevanın və Günel Əlizadənin də çıxışları olub. Bildirilib ki, müasir Azərbaycan dili fənnin tədrisi zamanı tələbələr  bu kitabın imkanlarından istifadə edərək  dilin qrammatik normalarını daha səmərəli üsulla öyrənə bilərlər.

Qeyd edək ki, kitab 136 səhifə, 6  bölmədən ibarətdi. Kitabın elmi redaktoru filologiya üzrə  elmlər doktoru, professor Akif İmanlıdır.

 

Seyfur Hacımuradov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: