Aprelin 12-də Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda görkəmli ədəbiyyatşünas, akademik Həmid Araslının 110 illik yubileyinə həsr olunmuş “Yazılı abidələrin görkəmli tədqiqatçısı Həmid Araslı” mövzusunda elmi sessiya keçiriləcək.
İnstitutdan NUHÇIXAN-a bildiriblər ki, tədbir Prezident İlham Əliyevin akademik Həmid Araslının 110 illiyinin qeyd edilməsi haqqında müvafiq Sərəncamına əsasən keçirilir.
Sessiyada Həmid Araslının dahi Azərbaycan şairləri Nizami, Nəsimi, Füzuli haqqında araşdırmaları mövzusunda, eyni zamanda, alimin elmi fəaliyyəti ilə bağlı məruzələr dinləniləcək.