Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq istəyən əvvəlki illərin məzunlarının nəzərinə!

A- A A+

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu aprelin 15-dək davam edəcək.

Dövlət İmtahan Mərkəzindən NUHÇIXAN-a bildirilib ki, həm cari ilin, həm də əvvəlki illərin məzunları ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq üçün müsabiqədə iştirak etmək istədikləri halda, aprelin 15-dək elektron ərizələrinin təsdiqini təmin etməlidirlər. İmtahanda yalnız elektron ərizələrini təsdiq etmiş (etdirmiş) abituriyentlər iştirak edə bilərlər.

Qeyd edək ki, əvvəlki illərin məzunları və tam orta təhsil səviyyəsini Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən təhsil müəssisələrində bitirən şəxslər üçün qəbul imtahanının birinci mərhələsi aprelin 28-də keçiriləcək. İmtahanda iştirak üçün aprelin 15-dək “Abituriyentin elektron ərizəsi” forması təsdiq edilməlidir.

Qaydalara əsasən, qəbul imtahanın birinci mərhələsində iştirak etməyən abituriyent ikinci mərhələyə, ikinci mərhələdə iştirak etməyən abituriyent isə ixtisas seçiminə buraxılmır.

Xatırladaq ki, aprelin 10-u saat 12:30-a olan məlumata əsasən, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq üçün ümumilikdə 72 min 155 abituriyent öz ərizəsini təsdiq edib. İxtisas qrupları, yaz və yay qəbul imtahanları, eləcə də orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq üçün qeydiyyatdan keçənlərin sayı ilə DİM-in saytında statistika bölməsində real vaxt rejimində tanış olmaq mümkündür. Həmçinin abituriyentlər ali və orta ixtisas təhsili müəssisələrinə qəbul haqqında elanın tam mətni ilə buradan tanış ola bilərlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: