Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrası martın 18-dən 30-dək olan günlər üçün geomaqnit hava proqnozunu açıqlayıb.
Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Fəallıq Günəş səthində baş verən M sinif (R1-R2; kiçik-orta-radiodalğaların yayılmasını əngəlləyə bilən) səviyyədə alışmaların baş vermə səbəbindən orta səviyyədə olacaq.
BDU-nun Astrofizika kafedrasından NUHÇIXAN-a verilən məlumata görə, martın 21-dək geomaqnit sahə normal fon səviyyəsində olacaq. Martın 21-22-də və 25-də G5 (zəif-kiçik) səviyyəli geomaqnit dəyişiklik gözlənilir. Orta coğrafi enliklərdə geomaqnit sahə sakit olacaq.
Geomaqnit qasırğanın gücünü göstərən və 10 ballıq sistemlə hesablanan Kp əmsalı martın 21-22-də və 25-də 5-ə bərabər, martın 31-dək digər günlər üçün 2-4, yüksək coğrafi enliklərdə isə martın 19-da 6-7 intervalında olacaq.
Günəşdə M (kiçik orta) sinif alışmaların baş vermə ehtimalı 15 faiz, X (güclü) alışmaların baş vermə ehtimalı isə 5 faizdir. Yaxın günlər üçün Günəşdə aktivlik orta səviyyədə, Yerin geomaqnit sahəsi sakit olacaq, müəyyən günlərdə orta-dəyişkən ola bilər. Güclü geomaqnit qasırğası gözlənilmir.
