NUHÇIXAN xəbər verir ki, “Naxçıvan” Universitetində “Nəsimi” həftəsi çərçivəsində Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Qabilin “Nəsimi” poemasının müzakirəsi olub.
Tədbiri giriş sözü ilə açan universitetin Pedaqoji fakültəsinin dekanı Nurlana Əliyeva ilk öncə əsər haqqında ümumi məlumat verib. Bildirib ki, şairin televiziya verilişlərinin birində qeyd etdiyi kimi, bu onun öz Nəsimisidir. “Ədəbiyyatımızın inkişafında Qabilin xidmətləri çox böyükdür”, – deyən ümummilli lider Heydər Əliyev şairin yaradıcılığına hər zaman yüksək qiymət vermiş və bu dəyər özünü “Nəsimi” mənzum romanına təqdim olunan Dövlət mükafatında bir daha əyani şəkildə göstərir.
Sonra tələbələrin iştirakı ilə əsər müzakirə olunub.
Seyfur Hacımuradov